Yüklərin Yüklənməsi və Boşaldılması: Təcrübəli heyətimiz və müasir avadanlıqlarımız yüklərin konteynerlərə və ya nəqliyyat vasitələrinə təhlükəsiz və sürətli yüklənməsi və boşaldılmasını təmin edir. Avtomatlaşdırılmış sistemlər və mexaniki avadanlıqlar, yük əməliyyatlarını maksimum təhlükəsiz və operativ həyata keçirməyə imkan verir.
Tır, Vaqon və Gəmi ilə Daşınmalar: Müştərilərimizin yüklərini quru, dəniz və dəmir yolu ilə daşınmasını təmin edirik. Hər müştərinin daşınma ehtiyaclarını fərdi şəkildə qiymətləndirir və ən optimal həllər təklif edirik. Daxili və beynəlxalq yükdaşımalar yüksək keyfiyyətlə və təhlükəsizliklə həyata keçirilir.